Türkiyə Silahlı Qüvvələri təyyarələr vasitəsilə Afrin xalqına kürd və ərəbcə xəbərdarlıq bildirişləri atıb.
Bildirişlərdə terrorçulardan, onların mövqelərindən və sığınacaqlarından uzaq durulması tövsiyə edilib.
“Dəyərli afrinli qardaşlarımız, PKK/PYD/YPG/İŞİD terror təşkilatları illərdir sizə və bizə maddi və mənəvi zərərlər verir. Sizi evinizdən, yurdunuzdan, sevdiklərinizdən məhrum edir. Onlara “dur” deməyin zamanı gəlib. Tək hədəfimiz sizə əzab verən terrorçulardır. Onların sığınacaqlarından uzaq durun. Afrindən çıxmaq istəyənlər TSQ-nın nəzarəti altında olacaqdır. Terrorçular tərəfindən zorla silah tutanlar siz də evlərinizə geri qayıdın”, – xəbərdarlıqda yazılıb.xezerxeber.az
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...