İstanbulun Atatürk Hava Limanında “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Boeing 767-300” təyyarəsində nasazlıq baş verib.
 “Sabah”xəbər verir ki, hadisə ekipaj üzvünün təxliyyə avadanlığını səhvən açması nəticəsində olub.
Hadisə yerinə xilasedicilər cəlb edilib. Xəsarət alan olmayıb və bütün sərnişinlər təyyarədən düşürülüb.
AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski isə “Report”a bildirib ki, təyyarənin ehtiyat trapının ağzı açılıb, ondan sonra bağlanılıb və sərnişinlər normal şəkildə avialayneri tərk ediblər: “Yaranmış problem aradan qaldırıldıqdan sonra təyyarə Bakıya qayıdacaq”.
Qeyd edək ki, təyyarə Bakı-İstanbul reysi ilə uçurmuş. Report.az