Qaraciyər bədən üçün əhəmiyyətli vəzifələri olan bir orqandır və fəaliyyəti olduqca müxtəlifdir. Bəs qaraciyərinizin vəzifələrini lazımi qaydada yerinə yetirmədiyini necə anlaya bilərsiniz? Astarainfo.az Milli.Az-a istinadən qaraciyərdə funksiya pozuqluğu ilə bağlı məlumatları diqqətinizə çatdırır.
Qaraciyər, yediyimiz qidalardan faydalı maddələri almağımızı təmin edir. Eyni zamanda zəhər və alkoqol kimi qandakı zərərli maddələri təmizləyir. Əgər qaraciyər toksinləri tullantılara çevirməsə, fəaliyyətini yerinə yetirmədiyinə dair bədənə müxtəlif xəbərdarlıq siqnalları göndərəcək. Qaraciyərinizin sağlamlığından əmin olmaq üçün aşağıda oxuyacağınız 6 əlamətə diqqət edin. Bu əlamətlərdən biri sizdə varsa, həkim müayinəsi mütləqdir.
Fikir dolaşıqlığı
Qaraciyər həddindən çox yükləndiyində qan uyğun şəkildə filtrlənməz. Bu halda toksinlər beyinə çata bilər. Şüur bulanıqlığı, qərar vermədə çətinlik kimi əlamətlər ard-arda ortaya çıxar.
Hipoqlisemiya (Qan şəkərinin azlığı)
Qaraciyər qandakı qlükoza səviyyəsini davamlı şəkildə idarə edər. Əgər qaraciyər yığılmış qlükozanı qan dövranına ötürməzsə, qandakı qlükoza səviyyəsi aşağı düşər. Nəticədə də qan şəkəri enər və özünüzü yorğun hiss etməyə başlayarsınız.
Hormonal pozuntu
Qaraciyər estrogen və testosteron kimi cinsi hormonları da tənzimləyir. Qaraciyərin fəaliyyətini itirməyə başlaması ilə libido düşüklüyü, hormonal tarazsızlıq və menstruasiya öncəsi gərginliyin artması kimi problemlər ortaya çıxar.
Ani duyğu dəyişikliyi
Qan uyğun şəkildə filtrlənmədiyində toksinlərin beyinə çatma riski artır. Beyin sağlığına mənfi təsir edən bu vəziyyətdən sonra hafizə problemləri, duyğusal dalğalanmalar da artar. Qayğı və depressiya qaraciyərin bu vəziyyətindən qaynaqlı ola bilər.
İmmunitet sistemində pozuntu
Tez-tez soyuqdəymə və digər infeksiyalara tutulmaq, C vitamini qəbul edərək yox ediləcək bir vəziyyət olmaya bilər. Qaraciyər sağlamlığı güclü bir immunitet sistemi üçün lazımdır. Yəni qaraciyəriniz nə qədər sağlamdırsa, viruslar və bakteriyalarla o qədər yaxşı mübarizə aparacaq.
Yuxu apnesi
Yuxu apnesi, yuxu əsnasında 10 saniyədən çox çəkən nəfəs dayanmasına səbəb olan bir xəstəlikdir. Yuxu apnesi yaşayanlar adətən yüksək səslə xoruldayırlar. Günümüzdə aparılan araşdırmalar qaraciyər yağlanması və yuxu apnesi arasında bir bağlantı olduğunu doğruldur.
Qaraciyər sağlamlığı üçün məsləhətlər:
Qaraciyərin yaxşı çalışması üçün əvvəlcə qidalanma vərdişlərinə diqqət etməlisiniz.
– Daha az fruktoza qəbul etməli
– Qazlı içkilərdən uzaq durmalı
– Daha çox yaşıl yarpaqlı tərəvəz yeməli
– Spirtli içkini tərgitməli, ya da minimuma endirməli
– Yumurta, soğan, sarımsaq kimi sülfür tərkibli qidalar qəbul olunmalıdır. Çünki onlar qaraciyəri təmizləməyə kömək edir.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...