Heydər Əliyev Fondunun həyata keçirdiyi “Hərəmiz bir ağac əkək!” təşəbbüsünə həvəslə qoşulan astaralılar rayonun ərazisində ağacəkmə   kompaniyasını uğurla davam etdirirlər.
Təbiətin vurğunu doğma Azərbaycanın məhəbbətlə sevmiş Ulu Öndər Heydər Əliyev 30 il əvvəl çıxışların birində söyləmişdir: “Mən istəyirəm hamımız təbiəti qoruyanlardan olasınız,təbiətə zərər vuranlar, ağac kəsənlər təbiəti çirkləndirənlər,korlayanlar cəmiyyətimizin və hamımızın düşmənidir. Ona görə də yalnız qurub,yaradın”.
Elə bu məqsədlə də rayonda keçirilən növbəti iməcilik martın 30-da şəhərin park bulvar kompleksində həyata keçirilmişdir.  80 çinar, 245 şam, 126 sərv, 50 yaşıl göyrüc,55 dəmir, 150 meşə cinsli ağac əkilmişdir. Ümumilikdə isə 15 mindən çox ağacın əkilməsi nəzərdə tutulmuşdur.
“Hərəmiz bir ağac əkək” kompaniyası rayonda mütəşəkkil surətdə davam etdirilir.Bu xeyirxax missiyanın həyata keçirilməsində rayonun idarə və müəssisələri xüsusən Mənzil Kommunal Tikinti İstehsalat Birliyinin, Meşələrin Mühafizəsi və Bərpasının əməkdaşları daha çox fəallıq göstərirlər.

Nicat Raufoğlu

Astarainfo.az