Lənkəranda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.
6 nəfərin öldüyü qəzada ağır vəziyyətdə xəstəxanaya çatdırılan 7 yaşlı Ülvi Faiq oğlu Aslanovun həyatını xilas etmək mümkün olmayıb. Azyaşlı xəstəxanada ölüb.
Qeyd edək ki, martın 31-də Lənkəranın Gərmətük kəndində 99-BJ-224 dövlət nömrə nişanlı “Shagman” markalı yük avtomobili ilə 42-BS-634 dövlət nömrə nişanlı “Mitsubishi” markalı minik maşını toqquşub. Nəticədə Ləj kənd sakin olan 6 nəfər ölüb.
Ölənlər Faiq Aslanov, Fikrət Aslanov, Namiq Aslanov, Xanımgül Aslanova, Mərziyyə Aslanova və Məsmə Aslanovadır. Onlar minik maşınının sərnişinlərdir.Avtomobildə sıxılıb qalmış meyitlər FHN-in xilasediciləri tərəfindən deformasiyaya uğramış avtomobildən kəsilərək çıxarılıb.
Yük maşınının sürücüsü, Lerik rayon sakini, 1987-ci il təvəllüdlü Natiq Təvəkkül oğlu Cəfərov xəsarət alıb.
Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Diqo kəndi rayonun dağlıq ərazidə yerləşən ən ucqar yaşayış məntəqələrindən olsa da, rayon icra hakimiyyətinin...