Astarainfo.az xəbər verir ki, aprelin 2-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun  Astara Bilik Evi, Heydər Əliyev Mərkəzi və  Suparibağ kənd tam orta məktəbinin birgə  təşkilatçılığı ilə rayonun Suparibağ kənd tam orta məktəbində “2 aprel döyüşləri qəhrəmanlıq salnaməsi” mövzusunda tədbir keçirilib.
 Astara rayon Suparibağ kənd tam orta məktəbinin  müəlliməsi Kəmalə Nəsirova mövzu haqqında geniş məruzə ilə çıxış edib.
 
Tədbirdə Aprel döyüşlərində şəhid olmuş Pəncəli Teymurovun qardaşı Famil Teymurov, Astara Heydər Əliyev Mərkəzinin direktoru, Bilik Evinin mütəxəsisi Kübra Səmədova, Prezident təqaüdçüsü, hərbçi Orxan Əliyev, Astara rayon Asxanakəran kənd tam orta məktəbinin dərs hissə müdiri Bəxtiyar Rüstəmov tədbirdə Azərbaycan ordusunun şücaətindən bəhs edərək, məlum döyüşlərdən sonra düşmənin ağır sarsıdıcı zərbə aldığını bildiriblər, bu zəfərin əldə olunmasında igidlik göstərən qəhrəmanlarımızla qürur duyduqlarını söyləyiblər.

Sonda şəhid Pəncəli Teymurov haqqında sənədli filim nümayiş olunub.

Astarainfo.az