Astarainfo.az xəbər verir ki,   Pedaqoji Kollec və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 1-5 aprel 2016-cı il tarixdə baş vermiş hadisələrin ildönümü və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin, o cümlədən Astaralı şəhid Teymurov Pəncəli Nurməmməd oğlunun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Pedaqoji Kollecin direktoru Ağababa İbrahimov 1-5 aprel 2016-ci il tarixdə baş verən “Dördgünlük” müharibə haqqında tələbələrə geniş məlumat verib.
Rayon Gənclər və İdman idarəsinin rəisi Ərçə Əliyev   gənclərə bildirib ki, vətənimizin bölünməzliyi, torpaqlarımızın azadlığı uğrunda canlarından və sağlamlıqlarından keçən hərbiçilərimiz gənclərə nümunədirlər.   Bu günün tələbəsi sabahın əsgəridir. Gənclərimiz hər zaman vətənin müdafiəsində ayıq-sayıq olmalıdır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi, polkovnik Valeh Nəcəfov, 1-5 aprel döyüşlərinin iştirakçısı, həmyerlimiz Orxan Əliyev, Astaralı şəhid Pəncəli Teymurovun atası Nurməmməd Teymurov və qardaşı Famil Teymurov çıxış ediblər.
Pedaqoji Kollecdə həmçinin Astara rayon Dövlət Rəsm Qaleriyasının vətənpərvərliklə bağlı rəsm sərgisi təşkil olunub.

Tədbirdə döyüşlər zamanı şəhid olan qəhrəman oğullarımızın həyat və keçdiyi döyüş yolunu əks etdirən video çarxlar təqdim edilib, Pedoqoji Kollecin tələbələri  şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər.

Elnur Qurbanlı 

Astarainfo.az