Astarainfo.az xəbər verir ki, aprelin 6-8 də Oğuz rayonunda atletika idman növünün kross qaçışı üzrə veteranlar arasında Azərbaycan çempionatı keçirilib.
Çempionatda Astara rayonunu təmsil etmək üçün şəhər 3 saylı tam orta məktəbin fiziki hazırlıq müəllimi, atletika idman növü üzrə məşqçi Əliyev Rəşad Əjdər oğlu iştirak edib.
Rəşad Əliyev 10 km məsafəyə qaçışda finişi I tamamlamış və Azərbaycan çempionu adını qazanıb.
Qeyd edək ki, Rəşad Əliyev 10 km məsafəyə qaçışda Azərbaycan çempionatında ardıcıl ikinci dəfədir ki, I yerə layiq görülüb.
İdmançımızı bu böyük nailiyyət münasibəti ilə təbrik edir, ona uğurlar arzulayırıq.
Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Diqo kəndi rayonun dağlıq ərazidə yerləşən ən ucqar yaşayış məntəqələrindən olsa da, rayon icra hakimiyyətinin...