Kivinin faydalı və müalicəvi xüsusiyyətləri saymaqla bitməz.
Qiymətli qida məhsulu olan kivi C vitamini ilə zəngindir. Tərkibində A, E, K vitaminləri, kalsium, maqnezium, fosfor, potasium vitaminləri mövcuddur.

Bəs kivinin faydaları nədir?

– Hekimtap.az xəbər verir ki, kivi astma xəstəliyinin müalicəsində yardım edir. Kivi xırıltılı tənəffüs və öskürək kimi astma simptomlarının yüngülləşməsinə kömək edir.
– Həzmə kömək edir. Tərkibində həzm sistemi üçün mühüm olan liflər mövcuddur. Bu liflər sayəsində kivi qəbizliyi aradan qaldırır.
– Bu meyvə diabetli insanlar tərəfindən də istifadə edilə bilər. Qan şəkərini yüksəltməz.
– Yaraların sağalma müddətini tezləşdirir.
– Yuxu keyfiyyətini artırır. Bu səbəbdən yuxu problemi olanlar kividən istifadə edə bilərlər. Bunun üçün yatmazdan bir saat öncə 1 kivi yeyin.
– Xolestrolu aşağı salır və bununla da ürək-damar sisteminin sağlamlığını qoruyur.
– İmmun sistemini gücləndirir.
– Görmə keyfiyyətinə müsbət təsir göstərir.
– Sızanaqlardan tez xilas olmağınızı təmin edir.
– Çatlayan dodaqlar üçün də istifadə edə bilərsiniz.Saglamolun.az