“Biz Afrini kimə təhvil verəcəyimizi yaxşı bilirik”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında deyib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Afrinin Bəşşar Əsəd hakimiyyətinə təhvil verilməsi ilə bağlı fikirlərinə münasibət bildirən R.T.Ərdoğan vurğulayıb ki, bu, çox yanlış yanaşmadır: “Biz hazırda Afrini kimə geri verəcəyimizi çox yaxşı bilirik”.
Qeyd edək ki, aprelin 9-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Türkiyə Afrini Suriya hakimiyyətinə təhvil verməlidir. Report
Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Diqo kəndi rayonun dağlıq ərazidə yerləşən ən ucqar yaşayış məntəqələrindən olsa da, rayon icra hakimiyyətinin...