MDB müşahidə missiyasının üzvləri Astara rayonunda seçki prosesini izləyiblər.
 Müşahidə missiyasının üzvü Yevgeni Ryaquzov seçicilərin fəal olduğunu bildirib.
O, müşahidələr zamanı heç bir qayda pozuntusunun qeydə alınmadığını qeyd edib: “Komissiyalar hazırlıqlıdır. Qanunları bilirlər, riayət edirlər. Heç bir qanun pozuntusu qeydə alınmayıb. Hər şey tam şəffafdır, qanuna uyğun şəkildə edilib. Xalq seçki məntəqəsinə gəlir, küçədə də gözləyənlər var”. APA