“Suriyada həyata keçirilən əməliyyatı doğru sayırıq”.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul əyalətinin Fateh rayon təşkilatının konfransında ABŞ və müttəfiqlərinin Suriyanı bombalamasına münasibət bildirərkən deyib.
“Beləliklə, rejim hücumlarının cavabsız qalmayacağını gördü. Suriyada plan başqadır və biz bu oyunu çoxdan çözmüşük. Əgər hədəf İŞİD-dirsə, biz çoxdandır ona qarşı mübarizə aparırıq. “Fərat qalxanı” əməliyyatında 3 min terrorçunu məhv etdik.
Suriyada bütün terror qruplaşmalarına – İŞİD, PKK/YPG-PYD və Bəşşar Əsəd rejiminə qarşı mübarizə aparılmalıdır. Türkiyə olaraq hədəfimiz Suriya torpaqlarını terrordan təmizləyərək təhlükəsiz bir hala gətirməkdir.
Öz layihələrini həyata keçirmək istəyənlər Suriya xalqına qarşıdırlar.
Gərək ki, Əsəd rejimi ilə bağlı 5 il əvvəl dediklərimizə qulaq asaydılar”, – deyə Türkiyə prezidenti vurğulayıb.
“Bu gün səhər Britaniyanın baş naziri Tereza Meylə telefonla danışdım. Rusiya ilə aralarında yaranmış vəziyyətin barışla nəticələnməsini istədiyimi bildirdim. Bir azdan Fransa prezidenti Emmanuel Makron və Rusiya prezidenti Vladimir Putinlə telefonla danışacağam. Biz bəziləri kimi əli-qolu bağlı qalmayacağıq. Görəcəyimiz işlərlə bağlı qərar qəbul edib fəaliyyət göstərəcəyik”, – deyə Ərdoğan əlavə edib.Report
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...