Nazirlikdən verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 16 may 2017-ci il tarixli, “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi” haqqında 10 yanvar 2018-ci il tarixli sərəncamlarına əsasən, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti 100” loqotipi hazırlanıb. Loqotipin müəllifi Zaur Murad oğlu Həmzəyevdir.
Loqotip Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tədbirlərində, eləcədə Azərbaycan Xalq Cümhuriyyəti İli çərçivəsində keçiriləcək tədbirlərdə istifadə olunmaq üçün nəzərdə tutulub.Report
Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Diqo kəndi rayonun dağlıq ərazidə yerləşən ən ucqar yaşayış məntəqələrindən olsa da, rayon icra hakimiyyətinin...