Astarada humanist aksiya keçirilib

Astarainfo.az xəbər verir ki, Astara Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon mərkəzi xəstəxanasında ehtiyacı olan ailələrin oğlan uşaqlarının sünnət edilməsindən ötrü aprelin 24-28-dək  humanist aksiya keçirilib.
Astara rayon Mərkəzi Xəstəxanasında yüksək ixtisaslı cərrahlar Sahib Sürətov və Etibar Cəlilovun iştirakı ilə 3 gün ərzində 200-dən çox uşaq əməliyyata cəlb olunmaqla ehtiyacı olan ailələrə hədsiz sevinc bəxş edilib.
Valideynlər rayon rəhbərliyi tərəfindən belə bir humanist aksiyanın keçirilməsini yüksək qiymətləndirərək, onlara bu sevinci bəxş edənlərə dərin təşəkkür və minnətdarlıqlarını çatdırıblar.
Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əlövsət Əliyev belə humanist aksiyanın son illərdə artıq ənənəyə çevrildiyini, gələcəkdə də bu istiqamətdə işlərin davam etdiriləcəyini bildirib.

Astarainfo.az