Mayın 3-4-də tarixlərdə Astara şəhər 2 saylı tam  orta  məktəbin idman zalında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə məktəbli yeniyetmə oğlanlar arasında  voleybol üzrə rayon birinciliyi keçirilib.
Tədbirin açılışında çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev Ümummilli Lider Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu, zəngin irsi barədə ətaflı məlumat verib.
Daha sonra  çıxış edən Gənclər və İdman İdarəsinin əməkdaşları Elnur Qurbanlı və Əskərov Ələskər yarışın məqsədinin Bədən   tərbiyəsi    və    idman    haqqında  Azərbaycan   Respublikası   Qanununun müvafiq maddələrinin həyata keçirilməsi, rayonda   kütləvi   bədən  tərbiyəsi və idmanın inkişaf etdirilməsi, yeniyetmə və gənclərə sağlam həyat tərzinin aşılanması olduğunu bildiriblər.
Yarışda  şəhər 1 saylı, şəhər 2 saylı, şəhər 3 saylı, şəhər 6 saylı, Tüləgüvan, Suparibağ kənd tam orta məktəblərinin komandaları iştirak ediblər.
Maraqlı keçən mübarizələrin sonunda I və II yerə müvafiq olaraq  şəhər 2 saylı və şəhər 6 saylı tam orta məktəbin komandaları layiq görülüblər.
Qaliblər rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.
Elnur Qurbanlı
Astarainfo.az