Astarainfo.az xəbər verir ki, Astara Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Astara Bilik Evinin 12 may 2017-ci il tarixində yaranmasının 1 illiyinə həsr olunmuş sərgi və tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Astara rayon İcra Hakimiyyətinin müavini, ictimai – siyasi və humanitar məsələlər şöbəsinin müdürü, Astara Bilik Evinin direktoru Yasəmən Rəsulova açmışdır. Bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin 7 may 2014-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu yaradılmışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Azərbaycanın ayrı-ayrı regionları ilə olduğu kimi, eyni zamanda Astara rayonu ilə də sıx əlaqələrlə işləyərək,fəaliyyətini genişləndirmişdir.
12 may 2017-ci il tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Astara Bilik Evi yaradılmışdır.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev irsinin öyrənilməsi və ideyalarının müasir dövrdə həyata keçirilməsinə yönəldilmiş dövlət siyasətinin təbliğinə həsr olunmuş tədbirlər təşkil edilmiş;
Azərbaycan Respublikasının Prezidentinin çıxışları,imzaladığı mühüm qanun,fərman və sərəncamların mahiyyətinin yerli əhaliyə çatdırılması,görülən işlərin əhali arasında təbliği ilə bağlı izahat və maarifləndirmə işləri aparılmış;
Elmi biliklərin müxtəlif sahələri üzrə alim,tətqiqatçı və mütəxəssislərlə,tanınmış elm,təhsil və mədəniyyət xadimləri,yerli ziyalılarla görüşlər keçirilmiş;
Gənclərin vətənpərvərlik tərbiyəsinə,onlara Vətən sevgisinin aşılanmasına yönəlmiş tədbirlər təşkil edilmiş;
Yerli yeniyetmə və gənclərlərin elmi biliklərin artırılmasına, intelektual səviyyələrinin yüksəldilməsinə,asudə vaxtlarının səmərəli təşkilinə yönəlmiş maarifləndirici tədbirlər keçirilmiş;
İstedadlı və yaradıcı gənclərin aşkarlanması,onların yaradıcı fəaliyyətinin təbliği məqsədilə intelektual müsabiqələr və bilik yarışları, sərgilər və təqdimatlar təşkil edilmiş;
Astara Bilik Evində fəaliyyət göstərən “Toxuculuq” və “Rəssamlıq” dərnəklərin işinin təşkili,onların fəaliyyətinə nəzarət , kurs dinləyiciləri və dərnək üzvlərinin iştirakı ilə elmi,mədəni-kütləvi tədbirlərin təşkil edilərək və həyata keçirilmiş;
Müasir dövrümüzdə informasiya texnologiyasının bir sahəsi olan komputer proqramlarını öyrənmək,özünü inkişaf,bilik və bacaracaqlarını səviyyəsini artırmaq məqsədilə komputer kurslarının açılmasını nəzərdə tuturuq.
Nailiyyətlərin əldə olunması və inkişafında bilavasitə Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev cənabının və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov cənabının xüsusi rolu vardır.
Buna görə də Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov cənablarına Astara Bilik Evinin rəhbərliyi adından minnətdarlığımızı və təşəkkürümüzü bldiririk.
Tədbirdə Astara rayon Pedaqoji Kollecin direktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Astara Bilik Evi üzrə koordinatoru Ağababa İbrahimov, “Astara” qəzetinin baş redaktoru Fəridə Ağazadə, Astara şəhər Mirzə Ələkbər Sabir adına 1 saylı tam orta məktəbin direktoru Xədicə Əliyeva, Astara Heydər Əliyev Mərkəzinin direktoru, Astara Bilik Evinin mütəxəssisi Kübra Səmədova, Astara Bilik Evinin “Rəssamlıq” dərnəyinin rəhbəri Cəmalə Məmmədova çıxış etmişdir.
Sonda tədbir iştirakçıları Astara Bilik Evinin “Rəssamlıq” və “Toxuculuq” dərnəklərinin şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxmışlar.
Elza Kazımova
Astarainfo.az