Qvatemalada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb 04/06/2018 Share on facebook Twitter tweet Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 296 nəfər xəsarət alıb, həmçinin 20-yə yaxın şəxs itkin düşüb. Bildirilir ki, vulkana yaxın yaşayış məntəqələrindən azı 2 min nəfər təxliyyə edilib. Ölkənin bir neçə yaşayış məntəqəsində “qırmızı” təhlükə səviyyəsi elan olunub. Ən yüksək təhlükə səviyyəsi Eskintla, Alotenanqo, Sakatepekes, Yepokapa və Çimaltenanqo şəhərlərində qüvvədədir. Bütün ölkə ərazisində isə “narıncı” təhlükə səviyyəsi elan edilib. Təbii fəlakət, ilkin məlumatlara görə, təqribən 1,7 milyon insana toxunub. (Report)