Boksçu, hakim həm də məşqçi kimi yüksək nailiyyətlər qazanmış Əlizadə Əsədovla Astarada görüş keçirilib.Bir zamanlar oxuduğu şəhər 5 saylı tam orta məktəbdə təşkil olunan görüş zamanı Əlizadə Əsədovun müəllimləri, sinif yoldaşları, idmançı və müəllim yoldaşları, məktəbin pedaqoji kollektivi iştirak edib. Tədbirdən əvvəl boks idman növü üzrə SSRİ idman ustası, beynəlxalq dərəcəli hakim, əməkdar məşqçi Əlizadə Əsədovun idman sahəsində qazandığı uğurlardan ibarət sərgiyə baxış keçirilib.
Daha sonra tədbirdə çıxış edənlər fəxri bədən tərbiyyəsi və idman işçisinin karyerası ərzində qazandığı uğurlardan danışıblar. Qeyd olunub ki, Əlizadə Əsədovun qazandığı uğurları çox az idmançı əldə edə bilib.Onun tələbələri sırasında olimpiya oyunlarının iştirakçısı,dünya,avropa, yerli yarışların qalibi və mükaatçıları var.
Əlizadə Əsədov həmçinin yeniyetmə gənclərin boks idman növünə marağını artırmaq üçün idman zalı yaradıb.Peşəkar məşqçinin boks idman növünün inkişafında xidmətləri haqqında 5 kitab yazılıb.Sonda çıxış edən Əlizadə Əsədov ona göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
   


Astarainfo.az