Regional İnkişaf İctimai Birliyinin (RİİB) təşkilatçılığı ilə “Tematik turların təşkilində turizm bələdçilərinin rolu” mövzusunda həyata keçirilən layihə çərçivəsində təlim iştirakçıları üçün Astara rayonunun Ərçivan qəsəbəsində yerləşən Həmid Abdulla hamamı və Gəzəndaş ziyarətgahına tematik tur təşkil edilib.
Turizm bələdçiləri, həmçinin Ərçivan qəsəbəsindəki “Yanar bulaq”da, “LƏM” yay istirahət evində, Astara şəhərindəki dənizkənarı park-bulvar kompleksində, rayonun digər turizm obyektlərində olublar.AZƏRTAC