Astarainfo.az xəbər verir ki, İyulun 27-28-də Lənkəran şəhərində Azərbaycan Xalq Cumhuriyyətinin “100 illik” yubileyinə həsr olunmuş boks üzrə yeniyetmə və gənclər arasında “Xəzər 92” idman klubunun açıq turniri keçirilib. Turnirin keçirilməsində əsas məqsəd yeniyetmə boksçuların ustalığının artırılması, daha prespektivli idmançıların müəyyən edilməsi və Respublika birinciliyində iştirakçıların təmin edilməsi olub. Yarışda Astara rayonu Şəhid Pəncəli Teymurov adına Siyəkü kənd Boks Məktəbinin direktoru, boks üzrə idman ustası Eldar Əhədovun rəhbərliyi ilə 18 idmançı təmsil olunub.Turnirdə Bakı, Sumqayıt şəhəri, Lənkəran və Astara rayonunun komandaları mübarizə aparıblar.
Rayonu təmsil edən idmançılardan 12 nəfəri fəxri yerləri qazanıblar.
İdmançılardan Cəfərov Kənan(38 kq) I yeri, Şabanov Coşqun(40 kq) I yeri, Salayev Zaur (54kq) I yeri, Cəlalov Orxan (44 kq) II yeri, Nurəlizadə Kənan (38 kq) II yeri, Əliyev Məmməd (67 kq) II yeri, Dadaşov Anar (56 kq) II yeri, Fətəliyev Elgun (24 kq) II yeri, Dadaşov Radik (71 kq) III yeri, Əliyev Amil (38 kq) III yeri, Abbasov Amin (57 kq) III yeri, Hümmətzadə Tural (42 kq) III yeri qazanıblar.
İyulun 29-da rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyevin nailiyyət qazanan idmançılarla və komandanın məşqçisi ilə göruş keçirilib. Görüşdə idarə rəisi Ərçə Əliyev yeniyetmələrə Şəhid Pəncəli Temymurovun şəhidlik yolu haqqında söhbət açıb,yeniyetmə və gənclərə tövsiyələrini verib. Sonda idmançılarla xatirə şəkili çəkilib.
Rufan Şirinov
Astarainfo.az