Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına və mülki işçilərinə Azərbaycan Respublikasının fəxri adları verilsin:
“Əməkdar artist”
Vəkilov Səməd Henrixoviç – mayor
Ağasıyev Tural Aydın oğlu
İbrahimov Fərid Fərman oğlu
“Əməkdar müəllim”
Məmmədova İlhamə Həsən qızı
“Əməkdar həkim”
Ağayeva Vəfa Xeyrulla qızı – tibb xidməti polkovnik-leytenantı
“Əməkdar bədən tərbiyəsi və idman xadimi”
Həmzəyev Azər Fazil oğlu
“Əməkdar mühəndis”
Abasquliyev Samir Akif oğlu
“Əməkdar tibb işçisi”
Hacıxanova Cavahir Xanməhəmməd qızı – baş gizir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 avqust 2018-ci il.