Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə II qrant müsabiqəsi”ndə qalib olmuş “11-ci sinif abitriyentlərinin peşə yönümlü Yay Məktəbi” layihəsinə start verilib.
Yay məktəbində 5 rayondan (Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı) ümumi olaraq 30 abituriyent iştirak edir.
Yay məktəbi Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamış daha sonra layihə rəhbəri Peyman Nəhmətov çıxış edərək layihəni açıq elan edib. Donor və layihə haqqında, abituriyentlərin peşə və ixtisas seçimi, karyera planlaması, imtahanlar öncəki stress və s. bu kimi problemlərin həllinə dəstək olacağını bildirib.
Daha sonra layihənin eksperti Nəsimi Bədəlov layihənin vacibliliyini ifadə etmiş, iştirakçılara uğurlar arzulayıb.
Yay Məktəbi 24 – 25 avqust tarixlərini əhatə edir.
2 günlük Yay Məktəbində təlimləri beynəlxalq dərəcəli Biznes və Karyera Planlaması üzrə təlimçi Rafət Şirəliyev idarə edir.
Asim Yusifov
Astarainfo.az