Bu gün UEFA Avropa Liqasının pley-off çərçivəsində “Qarabağ” Bakıda Moldovanın “Şerif” klubunu qəbul edib.
İlk görüşdə minimal hesabla məğlub olan Ağdam təmsilçisi oyuna çox fəal başlayıb. Artıq 9-cu dəqiqədə Maksim Medvedevin zərbəsi dəqiq olub. “Qarabağ”ın təhlükəli hücumlarının məntiqi nəticəsi kimi 41-ci dəqiqədə fərq artıb: Donald Gerye baş zərbəsi ilə moldovalıları məyus edib – 2:0. İlk hissə bu hesabla başa çatıb.
Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin püşkü avqustun 31-də atılacaq.
Xatırladaq ki, ötən mövsüm isə “Qarabağ” Azərbaycan futbolu tarixində ilkə imza ataraq UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdı. Bundan əvvəl isə ardıcıl 3 dəfə Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb.(Trend)
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...