Kiçik kolların üstünə qara muncuq kimi düzülən qarağat meyvələri bir növ qara gilasa və gilənara bənzəyir. Lakin digər giləmeyvələrdən fərqli olaraq qarağat kol formasındadır və onun üstü qara ətli gilələrlə pitraq kimi dolu olur. Qara qarağatı iki həftə, ağ və qırmızı qarağatı isə 5-7 gün müddətində xarab olmadan saxlamaq mümkündür. Tərkibinin zənginliyinə görə özündə 400 qram C vitamini ehtiva edən qara qarağat digər giləmeyvələrdən daha üstün sayılır. Turşməzə tamlı meyvələri təzə halda yeyilir, ondan püre, jele, mürəbbə, marmelad, şirə, limonad, konfet, şərab və s. hazırlanır. Qarağat yarpaqları ətirli və turş olduğundan tərəvəzlərin konservləşməsi zamanı da istifadə olunur.
Tam yetişəndən sonra qara qarağatın yığılıb qurudulan meyvələri vitamin çatışmazlığı, eləcə də sinqa xəstəliyi zamanı profilaktika və müalicə məqsədilə istifadə edilir.
Bu giləmeyvədən qaraciyər, tənəffüs yolları, angina və bir sıra digər iltihabi xəstəliklərin aradan qaldırılmasında və böyrəkdəki daşların salınmasında istifadə olunur. Hipertoniya, qanazlığı, mədə xorası zamanı qara qarağatın həlimini içmək məsləhət görülür.
Ümumiyyətlə, qara qarağat tərkibi C vitamininin miqdarına görə giləmeyvələr arasında birinci yeri tutur. Orqanizmin həmin vitaminə olan gündəlik tələbatını ödəmək üçün cəmi 20 ədəd qara qarağat yemək kifayətdir. O, onkoloji xəstəliklərə tutulmaq riskini də azaldır.
Digər meyvələrlə müqayisədə qarağatın tərkibi zülallarla da zəngindir. O, şəkərli diabetdən əziyyət çəkənlər üçün də çox faydalıdır və görmə qabiliyyətini uzun müddət qoruyub saxlamağa kömək edir. Bu giləmeyvəni konservləşdirərkən də tərkibindəki faydalı maddələrin əksəriyyəti qorunub saxlanılır.
Qara qarağatın yarpaqlarının həlimi şiş, soyuqdəymə, titrətmə-qızdırma və revmatizm kimi xəstəliklərin müalicəsində istifadə olunur, böyrək və sidik kisəsində daşı olanlara da faydalıdır.
Ümumiyyətlə, qara qarağatın meyvələri kimyəvi elementlərlə zəngin olduğu üçün müxtəlif xəstəliklərin müalicəsində müsbət təsir göstərir.(AZƏRTAC)
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...