Türkiyənin Batman vilayətində PKK terrorçularının törətdiyi terror aktı nəticəsində şəhid olan əsgərlərin sayı 7-yə çatıb. Yeniavaz.com “Hürriyet” qəzetinə istinadla xəbər verir ki, insident yol təmiri işlərinin təhlükəsizliyini təmin edən zirehli hərbi maşının keçidi zamanı baş verib. Belə ki, terrorçular yola döşənmiş əldəqayırma partlayıcını uzaqdan işə salıblar.
10:09***
Türkiyədə Batman vilayətinin Gercüş rayonunda törədilmiş terror aktı nəticəsində ilkin hesablamalara görə 4 hərbçi şəhid olub, 5 hərbçi isə yaralanıb. Yeniavaz.com“YeniŞafak” qəzetinə istinadla xəbər verir ki, terror aktını PKK terrorçuları törədiblər. İnsident zirehli hərbi maşın hərəkət edərkən yola döşənmiş əldəqayırma partlayıcının işə salınması nəticəsində baş verib. Terror aktından sonra bölgəyə əlavə təhlükəsizlik qüvvələri və təcili yardım maşınları göndərilib. Yaralı 5 əsgər xəstəxanaya yerləşdirilib. 3 hərbçinin vəziyyəti ağırdır. Hücumundan ardından qaçan terrorçuarı zərərsizləşdirmək üçün bölgədə geniş miqyaslı əməliyyat aparılır.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...