Oktyabrın 26-da  Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Masallı filialının 10-illiyinə həsr olunan “Azərbaycan Respublikasının Regionlarında Oftalmoloqların Təcrübəsində İnnovasiya Texnologiyaları” mövzusunda Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin 6-cı regional konfransı keçiriləcək.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi,  Akademik Zərifə Əliyeva adna Milli Oftalmologiya Mərkəzi  və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə Lənkəran şəhərində “Azərbaycan Respublikasının Regionlarında Oftalmoloqların Təcrübəsində İnnovasiya Texnologiyaları” mövzusunda 6-cı regional konfransı keçiriləcək. Konfransın məqsədi oftalmologiya sahəsində baş verən yenilikləri, nəaliyyətləri araşdırmaq, təkliflər vermək, oftalmologiya sahəsində baş verən ən son yeniliklərdə region həkimlərinin iştirakını təmin etmək və onların da bu yeniliklərdən istifadə etməsinə dəstək olmaqdır.
Konfransda region və mərkəzin həkim heyəti iştirak edəcək və öz məruzələri ilə çıxışlar  dinləniləcək. Konfransda “Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin Respublikanın  Müxtəlif Regionlarında Oftalmolojı Yardımının Təşkilinə Dair Tədbirlər, Nəticələr”, “Qlaukomanın Lazer Müalicəsinin Əsas Məqamları”, “Bizim Təcrübəmizdə Uşaq Və Yeniyetmələrdə Miopiyanın Proqressivləşməsində Atropinin Effektivliyi”və s. mövzuları ətrafında məsələlər müzakirə ediləcək.
 Ölkə başçısının əsas diqqət yetirdiyi sahələrdən biri də səhiyyədir.  Azərbaycan səhiyyəsində, xüsusilə də oftalmologiya sahəsində bir çox yeniliklərə imza atılıb. Ölkəyə dəvət edilən peşəkar oftalmoloqlarla aparılan müzakirələrdə, regionlarda keçirilən konfranslarda  əsas məqsəd oftalmologiyanın beynəlxalq standartlara çatdırılmasıdır. Azərbaycanda oftalmologiya sahəsində çox yeniliklər əldə edilib. Konkret olaraq Akademik  Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Masallı filialı  və digərləri ən son müasir texnoloji avadanlıqlarla təchiz olunub.  Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş  həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olur. Eləcə də mərkəz  pasientlərə regionlarda səyyar xidmət də göstərir.
 
26 oktyabr 2018-ci il, Lənkəran şəhəri. Heydər Əliyev Mərkəzi.  Saat: 09:00
Əlaqə: (+994) 514338116, (012) 5682890. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, təşkilati-metodik bölməsi.
email:oftalmoloqlarcemiyyeti@gmail.com
Astarainfo.az