İndoneziyanın Halmahera adası yaxınlığında 6,6 bal gücündə zəlzələ baş verib.
Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Geoloji Xidmət əvvəlcə zəlzələnin 7 bal gücündə olduğunu bildirib.
Yeraltı təkanların episentri Şimali Maluku əyalətinin Tobelo şəhərindən 151 kilometr qərbdə, ocağı 60,6 kilometr dərinlikdə yerləşib. Bunun ardınca həmin ərazidə dörd saat ərzində 4,7-dən 5,2 baladək gücündə daha yeddi təkan qeydə alınıb.Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan olunmayıb.(Azərtac)
Bu gün Respublikanın hər yerində olduğu kimi Astara rayonunun ümumtəhsil məktəblərində də 2021-2022-ci tədris ilinin ilk dərs günüdür.
İlk dərs günündə Astara rayon İcra Hakimiyyətinin...