“Hava proqnozu ilə bağlı heç bir problem müşahidə olunmayıb”.
Astarainfo.az xəbər verir ki, bunu Dövlət Dəniz Agentliyinin mətbuat katibi Tural Museyibov REAL-a bildirib.
“Bu dənizçiləri təəccübləndirən hava proqnozu deyil. Milli mərkəzin fəaliyyəti, Azərbaycanın ərazi sularınada gəmilərin təhlükəsizliyinin təmin olunması Dövlət Dəniz Agentliyinin rəhbərliyi tərəfindən daim diqqətdədir. Təhlükəsiz hərəkətin təmin olunmasında heç bir problem yoxdur”, – deyə qurumun rəsmisi bildirib.