Avropa Şurasının və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə jurnalistlər və jurnalistika fakültəsinin 4-cü kurs tələbələri, eləcə də magistrlər və doktorantlar üçün Bakıda keçirilən “Mediada gender bərabərliyi” mövzusunda üçgünlük təlimlər bu gün başa çatıb.
Ttəlimlər “Gender bərabərliyi və media sahəsində Avropa Şurasının standartları”, “Gender bərabərliyi və media: Azərbaycan qanunvericiliyi və təcrübəsi”, “Cinsiyyətçi nifrət nitqi ilə mübarizə”, “Gender məsələlərinin mediada işıqlandırılması”, “Azərbaycan mediasında gender bərabərliyi: Perspektivlər və çağırışlar” adlı sessiyalar çərçivəsində yerli və Avropa Şurasının ekspertləri tərəfindən keçirilib.
Təlimlərin məqsədi gənc jurnalistlərə və jurnalistika fakültəsinin tələbələrinə qadın hüquqlarının müdafiəsi, eləcə də təşviq edilməsi istiqamətində ətraflı məlumatların çatdırılması olub.
Sonda təlimlərin iştirakçılarına sertifikatlar verilib.(Azərtac)