“Azərbaycanda toxumçuluq və tingçilik ilə bağlı Dövlət Proqramı hazırlanır”.
Astarainfo.az “Report”-a istinadən məlumat verir ki, bunu bu gün Azərbaycan kənd təsərrüfatı naziri İnam Kərimov “Azərbaycan Respublikasının regionlarının 2014-2018 -ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransda bildirib.
Nazir qeyd edib ki, kənd təsərrüfatında toxumçuluq sahəsində sistemli təkliflər hazırlanır: “O cümlədən, subsidiyaların verilməsi ilə bağlı yeni təkliflər üzərində işlənilir. Sertifikatlı toxumların alınmasının təşviq edilməsi ilə bağlı da təkliflər hazırlanır”.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...