Azərbaycanda 4,4 və6 maqnituda gücündə ardıcıl iki zəlzələ baş verib.
“Report” AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 23:19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.
Ardınca yerli vaxtla saat 23:31-də Pirquludan stansiyasından 11 km cənub-qərdbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub.
***23:45
Axşam saatlarında respublika ərazisində zəlzələ baş verib.
Astarainfo.az “Report” -a istinadən xəbər verir ki, yeraltı təkanlar təqribən 3-4 maqnituda gücündə olub.
Zəlzələ bölgələrlə yanaşı, paytaxt Bakıda da hiss olunub. Təbii fəlakətlə bağlı rəsmi məlumat hələ ki, yoxdur.
Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Diqo kəndi rayonun dağlıq ərazidə yerləşən ən ucqar yaşayış məntəqələrindən olsa da, rayon icra hakimiyyətinin...