İranın Sistan-Bəlucistan bölgəsində törədilən terror aktında 20 nəfər həlak olub, 30 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Astarainfo.az REAL-a istinadən xəbər verir ki, terrorçular İran İslam İnqilabının Keşikçiləri Korpusunun əsgərlərini daşıyan avtobusu partladıblar. Əsgərlərlə yanaşı, avtobusda bir neçə zabit də olub.
Hadisə yerinə gələn yanğınsöndürənlər və təcili tibbi yardım işçiləri partlama nəticəsində yanan avtobusdan cəsədləri çıxarıblar. Bəzi cəsədlər tanınmaz hala düşüb.
Hazırda təhlükəsizlik qüvvələrinin əməkdaşları hadisə yerində araşdırma aparır.
Bu gün Respublikanın hər yerində olduğu kimi Astara rayonunun ümumtəhsil məktəblərində də 2021-2022-ci tədris ilinin ilk dərs günüdür.
İlk dərs günündə Astara rayon İcra Hakimiyyətinin...