Astara rayon Mərkəzi Kitabxanasında Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.Mərasimdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Lənkəran Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Astara rayonu üzrə nümayəndə Şadoğlan Bayramov bildirib ki, 1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən dəhşətli və faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri Xocalıda baş vermiş soyqırımıdır. Ş.Bayramov Xocalıda baş verən həmin hadisələrə ilk dəfə hüquqi-siyasi qiymətin ulu öndər Heydər Əliyev tərəfindən verildiyini vurğulayıb və həyata keçirilmiş soyqırımı cinayəti ilə bağlı həqiqətlərin dünya miqyasında təbliğində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əvəzsiz xidmətlərindən danışıb.
Tədbirdə məruzə ilə Mərkəzi Kitabxananın şöbə müdiri N.Məhərrəmova çıxış edib.Astara rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Tural Eyvazov və rayon MKS-nin direktor əvəzi İlyas Məmmədov çıxışlarında Xocalıda baş vermiş soyqırımı aktının xalqımıza qarşı planlı şəkildə gerçəkləşdirilmiş terror, deportasiya və etnik təmizləmə siyasətinin tərkib hissəsi kimi, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş ən ağır cinayət olduğunu diqqətə çatdırıblar.Tədbirdə soyqırımı hadisələrini əks etdirən videoçarx nümayiş etdirilib.
Sonda tədbir iştirakçıları mövzu ilə əlaqədar təşkil olunmuş sərgiyə baxıblar.

Natəvan Mədətzadə

Astarainfo.az