Martın 8-dən 10-dək Şağan Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin vahid idman təqvim planın uyğun olaraq Alpaqut Döyüş Sənəti üzrə V ölkə çempionatı keçirilib.
Çempionatda rayonumuzu təmsil edən idmançımız Əliyev Ağadədə Nəzərəli oğlu 85 kq çəki dərəcəsində böyüklər arasında  Caymaz sistemi üzrə döyüşüb və I yerə layiq görülərək nazirliyin diplom və medalı ilə təltif olunub.
Qeyd edək ki, Əliyev Ağadədə hal-hazırda Alpaqut Döyüş Sənəti üzrə Azərbaycan Alpaqut Turan Döyüş Sistemləri Mərkəzinin Astara rayon filialının sədri vəzifəsində çalışır və gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, sağlam həyat tərzinin təbliğində öz xidmətlərini göstərməkdədir.
 İdmançımızı bu uğuru münasibəti ilə təbrik edir və ona uğurlar arzulayırıq.

Elnur Qurbanlı

Astarainfo.az