Bir çox mütəxəssislər adi çuğunduru onun orqanizmə olan müsbət təsirinə görə əsl dərman adlandırırlar.
Bu adi və ucuz tərəvəzin sağlamlıq üçün faydaları həqiqətən heyrətləndirir.
Astarainfo.az Saglamolun.az-a istinadən sizi çuğundurun qızıldan qiymətli faydaları ilə tanış edir.
1. Qəbizlik zamanı yardım edir
Liflərlə zəngin olan çuğundur qəbizlik zamanı çox yaxşı kömək edir. Mütəxəssislər xroniki qəbizlik zamanı hər gün 100-150 qr bişmiş çuğundur yeməyi tövsiyə edirlər.
2. Təzyiqi salır
Çuğundur və xüsusilə də çuğundur şirəsi damarları genişləndirir və bununla da təzyiqi salmağa kömək edir.
Həmçinin çuğundur qan damarlarını daha elastik edir və onlarda iltihabı azaldır.
3. Afrodiziak kimi təsir edir
Hələ Qədim Romada çuğundurun stimullaşdırıcı təsiri istifadə olunurdu. Damarları genişləndirmək xüsusiyyətinə malik olan çuğundur kişi cinsiyyət sisteminə viaqraya oxşar təsir edir, cinsi meyli və potensiyanı artırır.
Mütəxəssislər viaqra qəbul edən kişilərə çuğunduru yeməməyi tövsiyə edirlər ki, bu zaman dərmanın təsiri xeyli artır və bu da orqanizmə ziyan vura bilər.
4. Xərçəngdən qoruyur
Çuğundurun tərkibində olan betanin maddələri orqanizmə güclü antioksidant təsir edir, hüceyrələrin qocalmasını tezləşdirən və genlərdə mutasiyaların riskini artıran sərbəst radikalları neytrallaşdırır.
Mütəxəssislərin fikrinə görə, çuğundur şirəsi orqanizmə olan antioksidant təsirə görə bütün meyvə və tərəvəz şirəslərini üstələyir.
5. Orqanizmi tonuslaşdırır
Çuğundur orqanizmə stimullaşdırıcı və tonuslaşdırıcı təsir edir, orqanizmin davamlılığını artırır.
Mütəxəssislər çuğunduru suda və ya sobada bişirilmiş halda yeməyi tövsiyə edirlər.