Astara şəhər 3 nömrəli tam orta məktəbdə Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən “Vətənin müdafiəsinə hazıram“ poliatlon çoxnövçülüyü üzrə Astara rayon birinciliyinin qalibləri müəyyənləşib.
Yarışda Astara şəhər 1, 2, 3, 4 nömrəli və Suparibağ kənd tam orta məktəblərinin komandaları 100 və 2000 metr məsafəyə qaçışda, turnikdən dartınmada və qumbara atmada qüvvələrini sınayıblar.
Yarışın yekun nəticələrinə əsasən, Suparibağ kənd tam orta məktəbin komandası birinci, Astara şəhər 3 nömrəli tam orta məktəbin komandası ikinci, şəhər 2 nömrəli tam orta məktəbin komandası üçüncü yerləri tutublar.
Qaliblərə Astara Rayon Gənclər və İdman İdarəsinin diplomları və hədiyyələr təqdim olunub.
Ələskər Əsgərov
Astarainfo.az