Heydər Əliyev Fondu və Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu talassemiyalı və hemofiliyalı xəstələri qan və onun komponentləri ilə təmin etmək məqsədi ilə ölkə ərazisində qanvermə aksiyalarını davam etdirir.
Astara Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə aksiyası keçirilib.
Humanitar aksiyada rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aksiyada iştirak edən 150 rayon sakininin 72-dən qan götürülüb.
Qanvermə aksiyasında iştirak edənlər müayinədən keçirilib, qan analizləri götürülərək laborator müayinəyə göndərilib.Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən toplanan qan və onun komponentləri ehtiyacı olan xəstələrin müalicəsində istifadə ediləcək.(AZƏRTAC-Bağır Əliyev)