16,18 dekabr 2019-cu il tarixlərdədə Gənclər və İdman Nazirliynin elan etdiyi “Azərbaycan Kino aylığı” çərçivəsində Astara rayonunda  filmlər nümayiş olunub.

       16 dekabr tarixdə Astara şəhər 1 saylı tam orta məktəbdə 2015-ci ildə ekranlaşdırılmış “Dərs” filmi” nümayiş olunmuşdur.Film Respublika Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal edilmişdir.Ekran əsəri uşaqların  məktəb və şəxsi həyatlarından bəhs edir.Filmin nümayişində 135 nəfər iştirak edib.

       18 dekabrda isə Heydər Əliyev Mərkəzində 2016-ci ildə ekranlaşdırılmış “Xeyirlə şərin rəqsi” filmi nümayiş olunmuşdur.Film Respublika Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal edilmişdir.Filmin süjet xətti dünyaca məşhur xəfiyyə Dronqonun Azərbaycanın dağlıq  rayonundakı bir qəsəbədə  baş verən müəmmalı hadisənin araşdırılması üzərində qurulub.Filmin nümayişində 95 nəfər iştirak etmişdir.

        Nümayiş olunan filmlər gənclər tərəfindən maraqla izlənmişdir.