Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq COVID-19 pandemiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesi uğurla davam etdirilir.

İndiyədək rayon üzrə ümumilikdə 19.091nəfər koronavirus infeksiyasına qarşı peyvənd olunub. Onlardan 1901 nəfəri 65 yaşdan yuxarı, 8592 nəfəri 50-65 yaşarası və 1613 nəfəri 40- 50 yaşadək,1981 nəfəri isə  18-40 yaşarası olan vətəndaşlardır. 8434  nəfər  təkrar peyvənd edilmiş,yəni peyvəndin ikinci dozasını vurduran vətəndaşlardır.

Rayon Mərkəzi Xəstəxanasınbın həkim -terapevti Gülnar Muxtarova Astarainfo.az-a bildirmişdir ki,peyvəndin virusa qarşı faydalı olduğunu banlayan rayon sakinləri vaksinlənmədə könüllü iştirak edirlər.Vaksinasiyanın əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq,infeksiyanın ötürülməsini məhdudlaşdırmaq,ölüm halının qarşısını almaq,nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir.