Astara, Ağdam və Qəbələ rayon sakinlərindən ov tüfəngləri aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Astarainfo.az-a bildirilib ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Suparibağ kənd sakini M.Məmmədovdan qanunsuz saxladığı “İJ-58” markalı ov tüfəngi və 16 ədəd patron, Kakalos kənd sakini S.Əhmədovdan isə qanunsuz saxladığı “Markez S81” markalı ov tüfəngi aşkarlanaraq götürülüb.

Oxşar hadisə Ağdam rayonunda baş verib. Rayon polis şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İmamqulubəyli qəsəbə sakini Z.Murtuzayevdən kustar üsulla hazırlanmış tüfəng və 31 ədəd patron götürülüb.

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakinləri T.Hacıyevdən və E.Abdullayevdən qanunsuz saxladıqları “Bum” və “İJ-16” markalı ov tüfəngləri götürülüb.

Faktlarla əlaqədar araşdırmalar aparılır.