Bakı şəhərində Azərbaycan Boks Federasiyasının idman zalında Boks üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi keçirilmişdir.Yarışda Astara rayon komandası Astara Boks Mərkəzinin direktoru, Boks üzrə məşqçi müəllim Ayaz Baxşıyevin və Astara Uşaq Gənclər İdman-Şahmat Məktəbinin dərs hissə müdiri, Boks üzrə məşqçi müəllim Cəbrayıl Məmmədovun rəhbərliyi ilə iştirak etmişdir. Komandamızın bir idmançısı Bilal Nəzərov (45 kq) qızıl medal qazanmışdır. Qeyd edək ki, Bilal Nəzərov Astara Boks Mərkəzinin direktoru, Boks üzrə üzrə məşqçi müəllim Ayaz Baxşıyevin yetirməsidir.

     Həmyerlilərimiizi təbrik edir və yeni zirvələr fəth etməyi arzulayırıq.