Son dərəcə təcrübəli dövlət başçısı və yetkin siyasi xadim kimi tarixə düşmüş Azərbaycan dövlətinin hərtərəfli in kişafında misilsiz töhfələri olmuş ümumilli lier Heydər Əliyevin əziz xatirəsi zaman-zaman yaşamaqdadır.
1923-cü il,mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində dünyaya göz açmış Heydər Əliyev Azərbaycanın gələcəyində ulduz kimi işıq saçaraq öz tarixini yazdı.
Bu böyük şəxsiyyət ilkin olaraq müəllim,sonra memar, dövlət təhlükəsizlik orqanlarında məxvi işdə və daha sonra müxtəlif rəhbər vəzifələrdə çalışmaqla, güclü fəaliyyəti ilə şəxsyyətini tanıtdırdı.
Haşiyə: Bakı Dövlət Universitetində təhsil aldığım illərdə biz tələbələr bu qocaman universitetdə oxuduğumuza görə qürurlanırdıq.Çünki Respublikanın qüdrətli rəhbəri məhz bu universitetin tarix fakültəsində təhsl almışdı.
Bu epizodu xatırlatmaqla demək istəyirəm ki,bu gün hər bir azərbaycanlı Azərbaycanın xilaskarı,qüdrətli rəhbərini-Azərbaycanın ən yeni tarixini yazan şəxsiyyəti qürurla,məhəbbətlə qəlbində yaşadır.
1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildiyi dövrdən ömrünün sonuna qədər Azərbaycanı sevmiş,onun tərəqqisində böyük ,misilsiz işlər görmüş və tarixə “Azərbaycanın memarı” kimi düşmüş Heydər Əliyev cənablarının anadan olmasının 99-cu ildönümü respublikanın hər bir guşəsinndə,tədris müəssisələrində,təşkilatlarda,qurumlarda təntənə ilə qeyd edildi.
Təcrübəli jurnalist kimi müxtəlif səpkili mövzularda yazılar işləməyimə baxmayaraq ,etiraf edim ki,fenomen şəxsiyyət XXI əsrin lideri Heydər Əliyevdən nəsə yazmağa,söz deməyə aciz qalmışam.
1993-cü ilin may-iyun ayları Azərbaycan xalqının yaddaşına əbədi həkk olunan tarixdir.Respublikada vətəndaş müharibəsi,ölkənin müstəqilliyinin silinməsi təhlükəsi yaranmıışdı.O zaman xalq çıxış yolunu Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürməklə böyük fədakarlıq etməklə yanılmamışdı.1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmiş və iyunun 24-də Azərbaycan respublikası prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlamışdır.XXI əsrin lideri Heydər Əliyev Azərbaycan xalqının ona göstərdiyi böyük etimadı,alovlu məhəbbəti özünün parlaq fəaliyyəti ilə doğrultdu.O, iki dəfə ümumxalq səsverməsi nəticəsində Azərbaycanın prezidenti seçildi.Üçüncü dəfə 2003-cü il oktyabrın 15-də prezident seçkilrində namizədliyi irəli sürülsə də bu fenomen şəxsiyyət səhhəti ilə bağlı nam izədliyini geri götürmüşdü.
Azərbaycanın memarı ,Azərbaycanın inkişaf tarixini yazmış XXI əsrin lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də vəfat etmişdir.Bu əvəzolunmaz şəxsiyyət cismən Azərbaycandan,onu böyük məhəbbətlə sevən xalqından ayrılsa da , parlaq fəaliyyəti ilə qəlblərdə dərin iz buraxmışdır.
Müstəqil Azərbaycan dövlətinin təməlini qoymuş ümumilli lider Heydər Əliyevin andiçmə mərasimində söylədiyi nitq unudulmaz tarix kimi yaşamaqdadır: “Bu gün mənim çox tarixi,əlamətdar günümdür.Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına,Azərbaycan xalqına hörmətimi,məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki,həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan respublikasının gələcək inkişafına sərf edəcəyəm.”
Bəli,dahi şəxsiyyət nitqində söylədiyi kimi Azərbaycanı bir dövlət kimi zamanın ağır və keşməkeşli sınaqlarında uğurlu siyasətlə çıxarmış,ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin mübarizə aparmış,cəmiyyətdə ictimai-siyasi sabitliyi bərqərar etmişdir.
Bu gün Azərbaycan xalqının sevə-sevə əzizlədiyi,düşmənlərdən azad edilmiş torpaqlarda vüqarla dalğalanan üçrəngli bayrağımız- Azərbaycan Xalq Cumhuriyyətinin üçrəngli dövlət bayrağının ümumilli lider Heydər Əliyev cənabları Naxçıvan Muxtar Respublikasının dövlər bayrağı olaraq təsdiq etmiş,Azərbaycan SSRİ Sli Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır.
Bax budur ümumilli liderin böyüklüyü,cəsarəti,təkidi,tələbi ilə böyük işlərin həyata keçirilməsi…
Dahi şəxsiyyət 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin-görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daıyan hərbi liseyin yaradılmasına nail olub.44 günlük Vətən müharibəsində rəşadətli ordumuzu təmsil edən hərbçilərin bir qismi məhz ulu öndərin təməlini qoyduğu Cəmşid Naxçıvanski adına liseyin kadrları olub.
Milli ordumuzun formalaşdırılması Azərbaycanın nizamlı silahlı qüvvələrinin yaradılması,əlahiddə Azərbaycan korpusunun yarandığı gün 26 iyun Azərbaycan respublikası silahlı qüvvələr günü elan olunması və hər il bu tarixin rəsmi dövlət bayramı kimi qeyd edilməsi bu böyük insanın –ulu öndərin iradəsi ,qətiyyətli mövqeyinin,uzaqgörənliyinin parlaq nəticəsi kimi reallığa çevrilib.Kiçik ,heç bir yerdə tanınmayan ölkə-Azərbaycan bu böyük şəxsiyyətin uğurlu siyasəti sayəsində dünyada sözükeçən,nüfuzlu bir dövlətə çevrilmişdir.Azərbaycan özünün geosiyasi imkanlarının gerçəkləşdirilməsində dahi şəxsiyyətin diplomatiyası sayəsində və dövlətin özünün coğrafi mövqeyi,təbii ehtiyyatları ,iqtisadi potensialı hesabına bir çox dövlətlərlə,beynəlxalq qurumlarla əməkdaşlıq etməyə başlamışdır.
Ümumilli lider 1998-ci ildə 6 avqust tarixli “Azərbaycan respublikasında söz,fikir və mətbuat azadlığının təmin edilməsi sayəsində əlavə tədbirlər haqqında” fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilir.Milli mətbuatın inkişafına göstərilən dəstəyə görə Heydər Əliyev cənabları 2002-ci ildə Azərbaycan jurnalistləri müdafiə komitəsi tərəfindən təsis edilmiş “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdür.
Müdrik rəhbər siyasi uzaqgörənliyi ,qətiyyətli iradəsi ilə zamanın siyasi lideri kimi Azərbaycan xalqının qəlbində əvəzsiz yer almış və müstəqil Azərbaycanın memarı adını qazanmışdır.
“Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir.Mən həmişə fəxr etmişəm,bu gün də fəxr edirəm ki,mən azərbaycanlıyam”,- ifadəsi şüar olaraq milli qurur rəmzi kim əbədiləşib.
XXI əsrin lideri Heydər Əliyev : “Xalq dövlət üçün yox,dövlət xalq üçün olmalıdır”,”Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir”,”Dövlət,ölkə nə qədər çox xalqı birləşdirirsə ,bir o qədər zəngin olur.Çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”,”Müstəqillik yolu qədər çətin yol yoxdur”,”Xalqın ,Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir” – müstəsna fikirləri aforizm kimi dilimizdə əzbərdir.
Müqəddəs hislərlə,insani duyğularla baş-başa qalanda Heydər Əliyev cənablarının Azərbaycan dövlətinə,onun xalqına sədaqətini,məhəbbətini müstəsna fəaliyyətində bir daha duyursan.Bu dahi şəxsiyyətin parlaq siması hər bir azərbaycanlının yaddaşında “Heydər baba” kimi əbədiləşib.
Qədim dövlətçilik tarixi ənənələrinə malik Azərbaycan əsrlər boyu özünün azadlığı və müstəqilliyi uğrunda mübarizə aparmış və bir çox çətinliklərlə,əngəllərlə qarşılaşmışdır.Yalnız XX əsrin əvvəllərində- çar Rusiyası dağılandan sonra Azərbaycan öz müstəqilliyinə qovuşdu.Tarixdən bəllidir ki, Xalq Cümhuriyyəti çox az ömür yaşasa da ,artıq müstəqilliyin təməli yolunda ilk addımlar atılmışdı.Azərbaycanın xilaskarı kimi tarixə düşən lider Heydər Əliyev dövlətimizin müstəqilliyini yenidən bərpa etdi.Gərgin əməyi,iti zəkası ilə məmləkəti bürümüş zülməti yox etdi.Dövlətçilik təcrübəsinin bütün variantlarından istifadə edərək Azərbaycanın sivil ölkə kimi dünyada tanınmasına nail oldu.
Fenomen şəxsiyyət Heydər Əliyev dəfələrlə Astaraya səfər etmiş,rayonun zəhmətkeş insanları ilə görüşmüş,onların qayğıları ilə maraqlanan bir müdrik insan,ata kimi bir çox gənclərin həyatda yerini tapmasına dəstək olmuşdur.Bu gün müxtəlif səlahiyyətli orqanlarda mütəxəssis kimi faəliyyət göstərən yüzlərlə kadr məhzHeydər Əliyevin misilsiz qayğısının təzahürüdür.
Heydər Əliyev kimi dahi insanlar, demək olar ki, yüz ildən bir dünyaya gəlir.Onların parlaq zəkası ilə işıqlanan aləm zaman-zaman öz nurunu itirmir.Bu gün ümumilli lider Heydər Əliyev həyatda olmasa da, onun Azərbaycan xalqı və dövləti üçün etdiyi müstəsna xidmətlər tarixin yaddaşında əbədiləşib.İstər xarici,istərsə də daxili siyasəti,strategiyası ölkənin milli mənafeyinin qorunmasına yönəldiyindən əzəmətli adı əsrlər boyu yaşayacaq.
XXI əsrin lideri Heydər Əliyevlə bağlı düşüncələrimi dahi şəxsiyyətin Astara haqqında söylədiyi fikirlərlə tamamlayıram:”Astara Azərbaycanın coğrafi xəritəsində,Azərbaycanın ictimai-siyasi həyatında,Azərbaycanın iqtisadiyyatında özünəməxsus yer tutur.”
Müstəqil Azərbaycanın həyatında astaralılar çox əhəmiyyətli rol oynayır.Öz tarixi vəzifələrini yerinə yetirir.Azərbaycanın dövlətçiliyinin inkişaf etməsi yolunda böyük xidmətlər göstərirlər.
Bu fikirləri yaza-yaza xəyalımda bir anlıq keçmiş-ümumilli liderimiz Heydər Əliyevin parlaq təbəssümlü simasını Astarada gördüyüm illər canlandı…İnsanlarla səmimi,mehriban görüşü,təbəssümlü danışığı,şən zarafatları sanki dünən olubmuş kimi gözümün önünə gəldi.
Ruhu şad olsun dahi insanın,müdrik siyasətçi Heydər Əliyev cənablarının…
Gülnar Əsədli