Bakı şəhəri Abşeron Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Azərbaycan Respublikası Savat  və Şaolin Döyüş Sənətləri Karate Federasiyası ilə birgə təsdiq etdikləri əsasnaməyə uyğun olaraq Savat (Fransız boksu) üzrə  Azərbaycan çempionatında yeniyetmələr (7-9,10-12,13-15 yaş), gənclər(16-17 yaş) və böyüklər(18 yaşdan yuxarı) arasında  Azərbaycan  çempionatı keçirilmişdir.

Yarışda Astara rayon komandası Azərbaycan Respublikası Savat  və Şaolin Döyüş Sənətləri Federasiyasının Cənub bölgəsi üzrə direktoru, Alpaqut Turan  Döyüş Sistemləri Mərkəzinin Cənub bölgəsi üzrə prezidenti, Azərbaycan Kubo Federasiyasının prezidenti, Azərbaycan Qarışıq Döyüş Növləri Mərkəzinin vitse-prezidenti, VI Dan Qara Kəmər ustası Nəzərəli Əliyev, Savat  və Şaolin Döyüş Sənətləri Federasiyasının nəzdində “Astara Aslan” Əlbəyaxa Döyüş İdman Klubunun direktoru, III Dan Qara kəmər ustası  Zamin Baxşıyevin rəhbərliyi ilə iştirak etmiş və fəxri yerlər qazanmışlar.

Astaralı idmançılardan    Əliyev Mirzə İlkin oğlu (47kq, 2008) I yeri, Səmədzadə Səbinə Aqşin qızı( 34 kq, 2010) I yei, Mərufzadə Şəhriyar Bəxtiyar oğlu (28 kq, 2010) I yeri, Kazımzadə İsmayıl Vaqif oğlu (29 kq, 2009) II yeri, Zeynallı Ümüd Şamil oğlu(44 kq,2009) II yeri, Ağayev Seyidəli Camal oğlu (34 kq, 2011) II yeri, Əskərli Qulam Nizam oğlu (58 kq, 2006) III yeri, Abdullazadə Nihad Rəşad oğlu(49 kq, 2011) III yeri qazanmışlar.