Astara rayonunun təsərrüfatlarında taxıl biçini kampaniyası başa çatıb. Cari mövsümdə rayonda 77,9 hektar sahənin məhsulu biçilib, 181,5 ton taxıl istehsal olunub.
Astara Rayon Statistika İdarəsinin rəisi Vasif Həsənov Astarainfo.az-a bildirib ki, hər hektardan orta məhsuldarlıq 23,3 sentner təşkil edib. İstehsal edilən taxılın 124,7 tonu buğda, 56,8 tonu isə arpadır. Buğda zəmilərində hər hektardan orta məhsuldarlıq 25,2 sentner, arpa sahələrində isə 20 sentner olub.