Astara Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və təsdiq etdiyi proqrama,Astara RİH, Astara RGİİ,Astara Olimpiya
İdman Kompleksinin təşkilati dəstəyi ilə 16-29 yaşlı yeniyetmə və gənclərin iştirakı ilə “Şahin”
gəncləri hərbi-vətənpərvərlik düşərgəsi təşkil olunmuşdur.
Düşərgənin keçirilməsində əsas məqsəd “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf
Strategiyası”nın müvafiq bəndlərinin yerinə yetirilməsi, “Əylənərək öyrənək” prinsipi əsasında
qeyri-formal təhsil alətləri vasitəsilə gənclərin fərdi və peşəkar inkişafına dəstək olmaq, əyləncəli
tədbirlərlə yanaşı, hərbi-fiziki və fərdi inkişaf təlimlərinin, intellektual oyunların,müxtəlif müsabiqə
və yarışların keçirilməsi,gənclərin vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi və asudə vaxtının
səmərəli təşkili olmuşdur.
Düşərgədə Şəki, Balakən, Zaqatala, Qax, Oğuz,Qəbələ,Saatlı, Sabirabad, İmişli, Beyləqan, Astara rayon gəncləri iştirak etmişlər.
Düşərgənin açılış mərasimi 21 iyul və yekun mərasimi 25 iyul 2022-ci il tarixlərdə Astara Olimpiya İdman Kompleksində keçirilmişdir.Tədbirlərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, Vətən müharibəsi veteranı, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş giziri Ədalət Haqverdiyev, Aprel döyüşlərinin qazisi , Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantıLoğman Məmmədov, Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən Rufan Şirinov , Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin aparıcı məsləhətçisi Altay Paşayev çıxış etmişlər. Mərasimlərin rəsmi hissəsindən sonra Rayon Mədəniyyət Mərkəzinin “Sevinc” xalq çalğı alətləri və rəqs ansamblının solisti, “Bölgələrdən bölgələrə” Respublika festivalının mükafatçısı Elvin Məlikov tərəfindən “Mənim Azərbaycanım” ,”Qarabağ”, “Xudayar təsnifi” mahnıları, gənc ifaçı Emin Tağıyev tərəfindən “Azərbaycan” mahnısı ifa olunmuş və düşərgə gənclərinin rəqsi ilə yekunlaşmışdır.
Düşərgənin proqramına uyğun olaraq 6 gün ərzində gənclər səhər idmanı, dövlət himnin xor ifası,topoqrafiya təlimi, kəşfiyyat hazırlığı, qumbara atışı, kəndir dartma,avtomatın sökülüb-yığılması, kanata dırmanma, kisədə qaçış yaralının daşınması, pnevmatik silahdan hədəfin vurulması,ilkin tibbi yardım, mühəndis hazırlığı, vətənpərvərlik mövzusunda intellektual bilik yarışı, əyləncəli musiqi proqramı, həyəcansıra təlimi, çadırın sökülüb yığılması,estafet, 100 metrə qaçış, kütləvi qırğın silahından mühafizə hazırlığı, hərbi hissə ilə tanışlıq, təbii istirahət ərzilərinə gəzintilər asudə vaxt və s. mərhələləri üzrə təlimlərdənkeçmiş, yarışmış, istirahət etmişlər. Düşərgədə hər gün axşamlar iştirakçılar ocaq ətrafında yığışaraq maraqlı müzakirələr edib, hərbçilərin döyüş yolunu əks etdirən söhbətlər dinləyiblər, tanışlıqlar və təqdimatlar həyata keçirilib. Gənclər “Canavarlar”,”Cəsurlar”, “İgidlər” və “Şahinlər” komandaları olmaqla mübarizə aparmışlar.
Yekunda I yerə “İgidlər”, II yerə ”Cəsurlar” və III yerə “Şahinlər” komandaları layiq görülmüşlər. Düşərgə iştirakçılarından 6 qız və 6 oğlan yüksək nəticələri ilə fərqlənmişlər. Fəxri yerləri qazanan komandalar və fərqlənən gənclər Gənclər və İdman Nazirliyinin kubokları və hədiyyələri ilə mükafatlandırılmış, bütün iştirakçıları sertifikatlara layiq görülmüşlər.
Düşərgədə tədbirlərin bilavasitə təşkili və kedişində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin aparıcı məsləhətçisi Altay Paşayev, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın üzvü, Gənclər üçünPrezident mükafatçısı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron nümayəndəliyinin direktoru Coşqun Hidayətov, Astara RGİİ-nin rəisi vəzifəsini icra edən Rufan Şirinov, Astara Olimpiya İdman Kompleksinin direktoru Aslan Ağayev, Vətən müharibəsi veteranı, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş giziri Ədalət Haqverdiyev, Aprel döyüşlərinin qazisi , Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı Loğman Məmmədov, Astara RGİİ-nin rəis müavini İqrar Cəfərov, Astara RGİİ-nin baş məsləhətçisi, idarənin düşərgə üzrə təhkimçisi Bəhlul Rufullazadə, Astara RGİİ-nin aparıcı məsləhətçisi, Vətən Müharibəsi veteranı Ələskər Əskərov, idarənin düşərgə üzrə könüllü təhkimçisi Qəmbərzadə Səbinə, “İntellektli və Sağlam Gənclər” İctimai Birliyinin sədri ,” Astara” İntellektual inkişaf klubunun sədri Cavid Cəfərli, gənc aparıcı Leyla Həsənli və digərləri fəal iştirak etmişlər.