Astara Olimpiya İdman Kompleksində Astara Rayon İcra Hakimiyyəti və Astara rayon Gənclər və İdman İdarəsinin birgə təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq, Astara RGİİ, “İntellektli və Sağlam Gənclər“ Ictimai Birliyi və “Astara” intellektual Inkişaf Klubunun birgə təşkilatçılğı ilə Sərhəd Qoşunlarının yaradılmasının 103 illiyinə həsr olunmuş “Şahin” gənclərin hərbi-vətənpərvərlik düşərgəsində iştirak edən 16-29 yaşlı gənclər arasında “Bilici” İntellektual Oyunu üzrə Respublika turniri keçirilmişdir.
Tədibirin açılış mərasimində çıxış edən Vətən müharibəsi veteranı, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş giziri Ədalət Haqverdiyev, Aprel döyüşlərinin qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı Loğman Məmmədov bilik oyununun məqsədinin Sərhəd Qoşunlarının yaradılmasının 103 illiyini qeyd etmək, Şahin” gənclərin hərbi-vətənpərvərlik düşərgəsində iştirak edən gənclərinin vətənpərvərlik tərbiyəsini, intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, Azərbaycanın milli-mənəvi dəyərləri və tarixi haqqında biliklərini nümayiş etdirmələrinə şərait yaratmaq olduğunu bildirmişlər.
Sonra tədbirin aparıcısı “İntellektli və Sağlam Gənclər“ Ictimai Birliyi və “Astara” İntellektual Inkişaf Klubunun sədri Cavid Cəfərli oyunun qaydaları haqqında iştirakçıları məlumatlandırmış və bilik yarışına start verilmişdir.
Yarışda respublikanın 10 rayonu- Gəncə və Naftalan şəhərləri, Şamaxı,
Qobustan, Ağsu, İsmayıllı,Daşkəsən,Goranboy, Göygöl və Samux rayon gənclərindən
ibarət düşərgə prinsipi əsasında tərtib olunan komandalar-“Canavarlar—
1”,“Canavarlar-2”, ”Cəsurlar-1”, Cəsurlar-2”, “İgidlər-1”, “İgidlər-2”, “Şahinlər-1”,
“Şahinlər-2” ümumilikdə 8 komanda mübarizə aparmışdır.
Yarış üç mərhələdən – seçim, yarımfinal və final mərhələlərindən ibarət keçirilmişdir
Maraqlı mübarizə şəraitində keçən yarışda I yerə “ Canavarlar-2”, II yerə “İgidlər-1”, III yerlərə “Şahinlər-1 və “İgidlər-2” komandaları layiq görülmüşlər.
Fəxri yerləri qazanan komandaların qazandığı bal düşərgə yarışmalarında qazandıqları ballara əlavə olunmuş və düşərgənin yekunda qalib komandalar və fərqlənən gənclər mükafatlandırılacaqdır.
Tədbirin gedişatını Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin aparıcı məsləhətçisi Altay Paşayev, Vətən müharibəsi veteranı, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş giziri Ədalət Haqverdiyev, Aprel döyüşlərinin qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı Loğman Məmmədov izləmişdir.