Sərbəst güləş üzrəTürkiyınin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında (9-18.08.2022) Azərbaycan yığma komandasının tərkibində  Astara güləş məktəbinin yetirməsi Əliabbas Rzazadə 57 kq çəkidə bürünc medal qazanmışdır.

       Əliabbas Rzazadə  ilk görüşdə qırğızıstanlı Almaz Smanbekova (4:13) məğlub olub. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz təsəlliverici görüşə çıxıb və seneqallı Omar Fayeyə “tuşe” ilə qalib gələrək bürünc medal görüşünə vəsiqə qazanıb. Rzazadə 3-cü yer uğrunda tacikistanlı Hikmətulla Vahidovla qarşılaşıb. Gərgin keçən qarşılaşmada 8:7 hesablı qələbə qazanan Əliabbas bürünc medala sahib olub.

     Xatırladaq ki, məşhur idmançımız əvvəlki illərdəAzərbaycan bayrağını zirvələrə ucaltmışdır.Belə ki,Sərbəst güləş üzrə 23 yaşadək güləşçilər arasında Dünya çempionatında ( Belqrad,Serbiya,1-5.11.2021) 57 kq çəkidə qızıl medal, Sərbəst  güləş  üzrə  23 yaşadak güləşçilər(U-23) arasında  Avropa  çempionatında (17-23 may 2021, Skopye,Şimali Makedoniya) 57kq çəkidəgümüş medal, Sərbəst güləş üzrə Avropa çempionatında (Budapeşt, Macarıstan, 28-30.03.2022) gümüş medal, Sərbəst  güləş  üzrə  gənclər arasında  Avropa  çempionatında (24-27-iyun 2016,Buxarest,Rumuniya)   50 kq çəkidə bürünc medal Sərbəst  güləş  üzrə gənclər  arasında  Dünya çempionatında (01-03 sentyabr 2016,Makon,Fransa)  50 kq çəkidə bürünc medal qazanmışdır.

      Əliabbas Rzazadənin şəxsi məşqçisi  məşhur astaralı idmançı,  2 qat Avropa çempionu, Dünya birinciliyinin bürünc mükafatçısı, ”Azərbaycan Respublikasının Əməkdar məşqçisi”,  beynəlxalq dərəcəli idman ustası,hazırda Astara Olimpiya İdman Kompleksinin direktoru Aslan Ağayevdir.

     İdmançımızı və onun məşqçilərini təbrik edir, yeni zirvələr arzulayırıq.