Xaçmaz rayonunda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən Kross üzrə ölkə Payız çempionatında Astara rayon komandası Atletika üzrə məşqçi müəllim, veteranlar arasında 5 qat Azərbaycan çempionu , Astara şəhər 3 saylı tam orta məktəbin Fiziki tərbiyə müəllimi Rəşad Əliyevin rəhbərliyi ilə uğurla  çıxış etmişdir.
Astaralı idmançı, Astara şəhər 2 saylı tam orta məktəbin şagirdi Məmmədov Rüfət
2007-2008-ci il təvəllüdlü oğlanlar arasında 2000 metr məsafəyə kross qaçışında III
yeri qazanmışdır.
İdmançımızı və onun məşqçisini təbrik edir və yeni zirvələr arzulayırıq.