Hörmətli Energetiklər!

Bu gün Azərbaycanda Energetiklər Günüdür. 18 ildir ki, Azərbaycanda energetiklər 20 oktyabrı öz peşə bayramları günü kimi qeyd edirlər.Bu tarix Azərbaycanın həyatında xüsusi əhəmiyyət kəsb dən əlamətdar bir hadisəyə əsaslanır.Düz 36 il əvvəl, 1981-ci il oktyabrın 20-də “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) birinci enerji bloku ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə istifadəyə verilib,bununlada Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsası qoyulub.Prezident ilham Əliyevin 2004 –cü il 13 oktyabr tarixli Sərəncamı ilə həmin tarixin ölkəmizdə Energetiklər günü kimi təsis edilməsi isə milli energetika salnaməmizin daha bir şanlı səhifəsi, ölkə rəhbərliyinin bu sahədə çalışan insanların fədakar əməyinə verdiyi böyük dəyərin ifadəsidir.

Ulu öndərin iqtisadi konsepsiyasını uğurla davam etdirən Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin siyasi iradəsi və qətiyyəti siyasətində ölkəmizdə iqtisadiyyat keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş və iqtisadi inkişafın sürətlənməsini təmin etmişdir.

Bu gün enerji istehsalı və ötürülməsi yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mərhələ dövlətimizin başçısının təşəbbüsü və qayğısı sayəsində ölkəmizin enerji təhlükəsizliyi üçün yaradılmış təminatlar əsasında generasiya güclərinin daha da artırılmasını, müasir və mütərəqqi texnologiyalar əsasında inkişaf edən sənayemizin, həyat və yaşayış səviyyəsi ilbəil yüksələn əhalimizin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatını nəzərdə tutur.

“Astara Elektrik Stansiyası” ,Respublika Prezidenti möhtərəm İlham Əliyevin təşəbbüsü ilə 2005-2015 –ci illərdə ölkə elektroenergetika sektorunun inkişafına dair Dövlət proqramı çərçivəsində stansiyanın tikintisinə 2005-ci ilin sentyabr ayının 8-də başlanmış və 2006-cı ilin fevral ayının 3-də istismara verilmişdir.

Stansiyanın tikintisində xarici şirkətlər – Finlandiyanın “Wartsila”, İsveçin “ABB”, Livanın “WARD” şirkətləri və Azərbaycanın “AZENCO” şirkətləri iştirak etmişlər.

Ümumi gücü 87 MVt –dır.

Stansiyanin tikilməsində əsas məqsəd cənub bölgəsinin elektrik enerjisi ilə təminatı yaxşılaşdırılması etibarlılığın artırılması, qış aylarında maksimum yük zamanı sistemdəçatışmazlığın aradan qaldırılmasıdır. Bundan əlavə sənaye və qeyri sənaye obyektlərinin inkişafına şərait yaratmışdır.

“Astara Elektrik Stansiyası” MMC-nin tərkibində “Ümumi gücü 16.375 MVt olan Lerik ES”, 250 kVt olan “Astara KSES” və “300 kVt olan Masallı KSES” fəaliyyət göstərir.

Stansiyanın kollektivi əsasən Astara rayonunda  yaşayan ali, texniki peşə və orta təhsilli, bacarıqlı işinin öhdəsindən gələn və öz işinə məsuliyyətlə yanaşan personallardan təşkil olunmuşdur . Hazırda “Astara ES” MMC üzrə ümumilikdə  89 nəfər işçi çalışır.

“BAYRAMINIZ MÜBARƏK”