Astara Gənclər Evində    Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  tabeliyində Dövlət Sosial Müdafiə Fondunun,  Azərbaycan Şahmat Federasiyasının  birgə təşkilatçılığı, Astara Rayon İcra Hakimiyyəti, Astara Rayon Gənclər və İdman İdarəsi,   Astara Uşaq Gənclər İdman-Şahmat Məktəbinin dəstəyi ilə  Astara, Lənkaran, Lerik rayonlarını təmsil edən  yaşa görə əmək pensiyası alan həvəskar şahmatçılar arsında   Şahmat   üzrə    respublıika zona turniri  keçirilmişdir.

Yarışın açılış mərasimində və gedişində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəşad Mehdili,  Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Publik  Hüquqi Şəxsinin 7 saylı Regional Ərazi Filialının direktoru Uğur Qurbanzadə, Astara Rayon Gənclər və idman İdarəsinin  rəisi vəzifəsini icra edən Rufan Şirinov, DSMF-nin 7 saylı Regional Ərazi Filialının  Lerik şöbəsinin müdiri Aygül Səfərli və digər nümayəndələr iştirak etmişlər.

Yarışa baş hakimi Astara Uşaq Gənclər İdman-Şahmat Məktəbinin direktoru, Beynəlxalq dərəcəli hakim Azər İbrahimov yarışların qaydaları barədə geniş məlumat vermiş və püskatma keçirilmişdir

Yarışda 18 nəfər yaşa görə əmək pensiyası alan həvəskar şahmatçılar mübarizə aparmışdır.

I yerə Kəlbiyev İman Əliabbas oğlu (Lerik rayonu) , II yerə Həsənov Mirmusa Salam oğlu (Lənkaran rayonu), Muradov Nizaməddin Şirvan oğlu (Lerik rayonu) layiq görülmüşlər.

     Fəxri yerləri qazanan şahmatçılara Dövlət Sosial Müdafiə Fondunun diplomları  təqdim edilmişdir.  Qalib şahmatçı noyabr ayında Bakı şəhərində keçiriləcək turnirin final mərhələsində iştirak etmək hüququ qazanmışdır.

Yekunda xatirə şəkilləri şəkilmişdir.